Nəzarət tədbirləri zamanı fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun Ukrayna Respublikasından idxal etdiyi toxumluq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizmlər – kartof yumrularında halqavari çürümə və kartof gövdə nematodu aşkar olunub.
Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. 44 ton toxumluq kartofun məhv edilməsinə dair müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.