29 C
Baku
Sunday, July 7, 2024

Ukraynadan təxliyə edilən türklərin sayı açıqlandı

Türkiyə Ukraynadan 17 minə yaxın vətəndaşını təxliyə edib.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

O qeyd edib ki, Türkiyə öz vətəndaşlarından başqa türk dövlətlərindən olan 7000-ə yaxın şəxsi Ukraynadan çıxarmağa kömək edib.

Məlumata görə, təxliyə həm Rusiya, həm də Ukrayna üzərindən həyata keçirilib.

Çavuşoğlu onu da vurğulayıb ki, Türkiyə pandemiya dövründə 160 ölkədən 100 mindən çox vətəndaşını təxliyə edib.

 

 

Son xəbərlər
Digər xəbərlər