Ukraynalı ekspertlər Polşada raketin düşdüyü ərazidə təhqiqat aparırlar.
Bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba “Twitter”də bildirib.
“Ukraynalı ekspertlər artıq Rusiyanın Ukraynaya qarşı raket terroru nəticəsində Prjevodovda faciənin baş verdiyi yerdə işləyirlər. Mən Polşa tərəfinə ekspertlərimizə əraziyə giriş imkanı verdiyinə görə minnətdaram. Ən yaxın dostların etdiyi kimi biz də əməkdaşlığımızı açıq və konstruktiv şəkildə davam etdirəcəyik”, Kuleba vurğulayıb.