22 C
Baku
Monday, October 7, 2024

Ukraynalı milyarder 1 mln. avro girov müqabilində azadlığa buraxılıb

Fransanın Şamberi şəhər məhkəməsi ukraynalı milyarder və sabiq deputat Konstantin Jevaqonun 1 milyon avro girov müqabilində azadlığa buraxılmasına qərar verib.

Bu barədə “Reuters“ məlumat yayıb.

Bildirilib ki, Jevaqo Ukraynaya ekstradisiyası ilə bağlı dinləmələr keçirilənə qədər zaminə buraxılıb.

Məhkəmə qərarına əsasən, Jevaqo hər iki pasportunu yerli hakimiyyət orqanlarına təhvil verməli, həftədə üç dəfə polis idarəsinə getməli və məhkəmə çağırışlarına cavab verməlidir.

Xatırladaq ki, Ukrayna tərəfi Konstantin Jevaqonu 113 milyon dollarlıq maliyyə yeyintisində ittiham edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər