21 C
Baku
Thursday, April 25, 2024

Ukraynalı nazir: “Azərbaycan bizim üçün yaxın ölkədir”

“Azərbaycan bizim üçün dost, hər bir mənada yaxın ölkədir”.

Bu fikirləri Ukraynanın infrastruktur naziri Vladislav Krikli Gəncəyə səfəri zamanı müsahibəsində bildirib.

“Bilirsiniz, biz uzun müddətdir deyirik ki, körpülər insanları ayrılmamalı, əksinə, bir araya gətirməlidir. Bura bizim hava, dəniz, dəmir yollarımız aiddir. Biz və Azərbaycan tranzit potensialına sahib ölkələrik. Biz Avropa-Qafqaz-Asiya yollarımızın, yeni İpək Yolunun üzərində fəal işləyirik. Bu prosesə dinamik şəkildə qoşulduğumuz üçün Azərbaycan tərəfinə minnətdaram. Həmkarlarımızı və digər dost respublikaları ortaq gömrük sənədlərini, prosedurları tətbiq etməyə inandırmaq istəyirik. Çünki nəqliyyatda əsas məsələlər qiymət və vaxtdır. Məhz buna görə istəyirik ki, birgə səylərimiz vasitəsilə alternativ İpək yolunun Ukrayna və Azərbaycanın aktiv iştirakı ilə işləməsi üçün ən rahat, sadə prosedurları tətbiq edək”.

O, həmçinin Azərbaycanın multikultural ölkə olduğunu qeyd edib: “Ölkələrimizin mədəni irsini mümkün qədər yaxınlaşdırmaq üçün öz mədəniyyətimizin bir hissəsini buraya gətirməkdən və əksinə, Azərbaycan mədəniyyətinin bir hissəsini öz ölkəmizə aparmaqdan həmişə məmnunuq. Bu vətəndaşlarımız arasında böyük maraq doğurur və turizmin inkişafına töhfə verir ki, bu da prioritet istiqamətdir”.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər