8 C
Baku
Sunday, November 17, 2024

Ukraynalı qaçqınları qəbul edən ölkələrə 3 milyard avro ayrılması təklif olunub

Avropa Komissiyası (AK) Ukraynadan qaçqın qəbul edən Avropa İttifaqı ölkələrinə qurumun büdcəsindən 3 milyard avro ayırmağı təklif edib.

Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Humanitar Forumunda çıxışı zamanı deyib.

“Biz Ukraynadan olan qaçqınları qəbul edən üzv ölkələrimizə dəstək üçün əlavə 3 milyard avro ayırmağı təklif edirik”, – o deyib.

Onun sözlərinə görə, artıq Aİ-yə Ukraynadan təxminən 3,5 milyon qaçqın gəlib və bu, Avropa tarixində onilliklər ərzində ən pis humanitar böhrana çevrilib.

 

 

Son xəbərlər
Digər xəbərlər