Banker.az saytının BBC-ə istinadən verdiyi xəbərə görə, təqribən 3 milyon ukraynalı artıq biometrik pasporta sahibdir və onlar Şengen zonası ölkələrinə vizasız səfər edə biləcəklər.
Belə ki, Avropa Parlamentinin 6 aprel tarixində baş tutan plenar iclası zamanı Ukrayna vətəndaşlarının Şengen zonası ölkələrinə qısamüddətli, yəni 90 gün ərzində səfərlər üçün vizasız rejimin tətbiq olunması barədə qərar təsdiqlənib.
Beləliklə, ukraynalılar Böyük Britaniya və İrlandiya istisna olmaqla vizasız Aİ-nın bütün ölkələrinə gedə biləcək. Bundan əlavə, Ukrayna vətəndaşları Aİ-na daxil olmayan, lakin Şengen zonasının iştirakçıları olan İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəyə də vizasız səfər edə biləcəklər.
Qeyd edək ki, Avropa Parlamentinin 521 deputatı qanun layihəsinin lehinə, 75 deputat isə əleyhinə səs verib. 36 nəfər isə ümumiyyətlə fikir bildirməkdən imtina edib.