26 C
Baku
Saturday, July 27, 2024

Ukraynanı tərk edənlərin sayı məlum oldu

Rusiya müharibəyə başlayandan bəri Ukraynadan qonşu ölkələrə 4,5 milyondan çox qaçqın gedib.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı yeni məlumat verib.

Bildirilib ki, ukraynalı qaçqınların sayı bir gündə 62 000-dən çox artıb.

Təşkilatın saytında yerləşdirilən məlumata görə, fevralın 24-dən aprelin 9-dək Ukraynanı tərk edənlərin sayı 4 milyon 503 min 954 nəfərə çatıb. Gün ərzində 62 min 291 nəfər qonşu dövlətlərin sərhədlərini keçib.

Fevralın 24-dən aprelin 9-dək Polşaya 2 593 902, Rumıniyaya 686 232, Macarıstana 419 101, Moldovaya 410 882 qaçqın gəlib.

Son xəbərlər
Digər xəbərlər