Ukraynanın əhalisi 23 milyon nəfərə düşüb.
Bu barədə ölkənin keçmiş Baş naziri Nikolay Azarov teleqram kanalında məlumat verib.
“Ölkədə 23 milyon insan qalıb və yalnız 3,5 milyon ukraynalı döyüşləri davam etdirə bilər. Ukraynanın əmək qabiliyyətli gəncləri isə kütləvi şəkildə ölkəni tərk edirlər”, – deyə Azarov bildirib.
Onun sözlərinə görə, ekspertlər yaza qədər 500 minə qədər yeni könüllünün orduya çağırılacağını gözləyirlər.