17 C
Baku
Sunday, May 5, 2024

Ukraynanın 3 limanının işi bərpa olunub

Ukraynanın Qara dənizdə yerləşən 3 limanının işi bərpa olunub.

Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrindən bildirilib.

Qeyd olunub ki, taxıl ixracına dair sazişə uyğun olaraq Odessa, Qara dəniz və “Cənub” limanlarının işi bərpa edilib.

Hazırda sözügedən limanlara nəzarət tamamilə Ukrayna tərəfindədir.

Xatırladaq ki, iyulun 22-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi və BMT baş katibi Antonio Quttereşin iştirakı ilə Rusiya və Ukrayna nümayəndələri arasında taxıl ixracına dair saziş imzalanıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər