Ukrayna ordusu prezident Volodimir Zelenskinin göstərişi ilə işğal altında olan torpaqların bir qismini azad edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” Birliyinin komandiri Aleksandr Tarnavsk sosial media hesabında paylaşım edib.
“Tavriya istiqamətindəki müdafiə qüvvələrimiz Donetsk vilayətinin Krasnoqorivka şəhəri yaxınlığında 2014-cü ildən bəri işğal altında olan torpaqları azad etdi”, – o deyib.
Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirski isə əməliyyatların uğurla davam etdiyini diqqətə çatdırıb.
“Əsgərlərimiz Baxmut istiqamətində irəliləyir. Həmçinin Luqansk istiqamətində Silahlı Qüvvələrimizin 45-ci artilleriya birliyi əla iş görür. Düşmən texnikasını itirir. Bütün torpaqlarımızı azad edəcəyik”, – Ukrayna Quru Qoşunları komandanı vurğulayıb.