Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin dövlət və hökumət başçılarının iki günlük sammiti öz işinə başlayacaq.
Bu barədə məlumatı Avropa İttifaqı Şurası yayıb.
Bildirilib ki, sammit çərçivəsində Rusiyanın Ukraynaya hücumu, qlobal ərzaq təhlükəsizliyi böhranı və Gürcüstan, Ukrayna və Moldovanın Aİ-yə üzvlük namizədi statusu müraciəti ilə bağlı müzakirələr aparılacaq.
Aİ liderlərinin eyni zamanda, Ukraynaya iqtisadi, hərbi, siyasi və humanitar dəstəyin davam etdirilməsini müzakirə edəcəyi bildirilib.