Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhəri bu gün Rusiya Silahlı Qüvvələri tərəfindən atəşə tutulub.
Bu barədə Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.
Həmçinin o da əlavə olunub ki, şəhərin mərkəzi bazarı atəşə tutulub: “Rus hərbçiləri Avdeyevka şəhərinin mərkəzi bazarını atəşə tutublar, bu zaman orada xeyli sayda insan olub. İlkin məlumatlara əsasən, ən azı 7 nəfər həlak olub”.
Bu səbəbdən də şəhər sakinlərinə sağ qalmaqları üçün şəhəri tərk etmələri və sığınacaqlara yerləşmələri tövsiyə olunub.
Xatırladaq ki, Kirilenkonun əvvəlki açıqlamalarında Rusiya tərəfinin cəbhə xəttinin müxtəlif istiqamətlərindən Donetsk vilayətini atəşə tutması deyilib. Atəşə məruz qalan ərazilər arasında ən çox Avdeyevka ziyan görüb.