13 C
Baku
Saturday, November 23, 2024

Ukraynanın Avropaya qaz nəqlini dayandırmasına “Qazprom”dan – Reaksiya

Ukrayna Avropaya qaz tranziti üçün yalnız bir giriş saxlayıb, bu da onun qaz təchizatının etibarlığını xeyli azaldır”.

Bunu “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib.

Onun sözlərinə görə, “Qazprom” öz istehlakçıları qarşısında öhdəliklərini tam həcmdə yerinə yetirir, müqavilələrə və operator razılaşmalarına müvafiq qaz tədarük edir:

“Tranzit üzrə xidmət haqqı tam ödənilib. Bununla yanaşı, Ukraynanın yaratdığı şərait səbəbindən onun ərazisindən qaz tranziti “Qazprom”un bron etdiyi və haqqını ödədiyi həcmdən 34 faiz aşağıdır”.

Ukrayna qaz nəqli sisteminin operatoru mayın 11-dən Avropaya “Soxranovka” stansiyası üzərindən qaz tranzitini dayandıracağını elan edib. Buna səbəb olaraq Luqansk vilayətindəki fors-major vəziyyət – kompaniyanın sərhəddəki “Novopskov” kompressor stansiyasına nəzarəti təmin edə bilməməsi göstərilir. Bununla əlaqədar həmin nominasiyada qaz qəbulunun həyata keçirilməyəcəyi bildirilir.

 

 

Son xəbərlər
Digər xəbərlər