9 C
Baku
Friday, December 13, 2024

Ukraynanın Azərbaycandakı səfirliyi koronavirusa görə konsulluq xidmətini dayandırdı

Ukraynanın Azərbaycandakı səfirliyi müvəqqəti olaraq konsulluq xidmətini dayandırır.

Bu barədə Səfirliyin “Facebook” səhifəsində məlumat verilib.

“COVID-19 virusunun yayılması ilə əlaqədar olaraq, vətəndaşların Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyində konsulluq qəbulu müvəqqəti olaraq 24 aprel 2020-ci il tarixinə qədər dayandırılıb.

“Konsulluq mövzusunda müraciətləri Səfirliyin [email protected] elektron ünvanına göndərməyiniz, məlumat üçün iş saatlarında (+994)124412706 (+994)124494095 telefon nömrələrinə zəng etməyiniz xahiş olunur.

Ukrayna vətəndaşlarının həyat və sağlamlıq təhlükəsi yarandığı halda, fövqəladə hallar zamanı Səfirliyin (+994)502557518 (+994) 502557505 qaynar xəttinə zəng etməyiniz və ya mesaj göndərməyiniz xahiş olunur”, – deyə Səfirlikdən bildirilib.

©APA

Son xəbərlər
Digər xəbərlər