“Ukraynanın bərpası üçün milyardlarla avro və ya dollar lazım olacaq”.
Banker.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Ukraynadakı nümayəndəliyinin rəhbəri Matti Maasikas bildirib.
“Beynəlxalq tərəfdaşlar tərəfindən müzakirələr yeni başlayıb: müzakirələr bu vəsaitləri necə toplamaq, onları Ukrayna ilə əməkdaşlıq çərçivəsində necə idarə etmək haqdadır. Təbii ki, Ukraynanın güclü iştirakı olmalıdır. Bu vəsaitin nəyə xərclənməsinə ehtiyacın olması ilə bağlı qərarı sizdən yaxşı heç kim verə bilməz”, – o, çərşənbə günü Ukrayna media mərkəzində keçirilən brifinqdə bildirib.
M.Maasikas bu məsələ ilə bağlı daha çox texniki və maliyyə müzakirələrinin davam etdiyini vurğulayıb.