2 C
Baku
Sunday, December 15, 2024

Ukraynanın bərpasına yarım trilyon dollara qədər vəsait lazımdır

Ukraynanın yenidən qurulması üçün təxminən 500 milyard dollara ehtiyac var.

Bu barədə məlumatı Dünya Bankı yayıb.

Hesabata əsasən Ukraynada yenidənqurma və bərpa işlərinin dəyəri 486 milyard dollara qədər yüksəlib.

Hesabatda göstərilən məbləğ Ukrayna iqtisadiyyatının həcmindən demək olar ki, iki dəfə çoxdur.

Beynəlxalq maliyyə qurumu bildirib ki, xərclərin əhəmiyyətli hissəsi ölkənin infrastrukturunun, xüsusən də enerji sisteminin bərpası üçün tələb olunacaq.

“Bərpa sürətinin 2023-cü ildəki 4,8%-dən bu il 3,2%-ə qədər azalacağı proqnozlaşdırılır ki, bu da daha az məhsul və işçi qüvvəsi çatışmazlığını əks etdirir”, – Dünya Bankının ekspertləri deyiblər.

Son xəbərlər
Digər xəbərlər