Ukraynanın Baş naziri Denis Şmıqal istefa verib. O, yazılmış bəyanatın fotosunu “Telegram” kanalında yayımlayıb.
“Ukraynanın Baş naziri vəzifəsindən istefamı qəbul etməyinizi xahiş edirəm”, – bəyanatda deyilir.
Bildirilir ki, onu bu vəzifədə Yuliya Svırıdenko əvəz edəcək, Şmıqal özü isə Ukrayna Müdafiə Nazirliyinə rəhbərlik edə bilər.