21 C
Baku
Monday, May 20, 2024

Ukraynanın baş naziri: “Müharibə ölkəyə $326 milyard ziyan vurub”

Ukraynanın baş naziri Denis Şmıqal ölkənin hərbi əməliyyatlardan itkilərini açıqlayıb.

Bu barədə “Strana” nəşri məlumat yayıb.

Onun sözlərinə görə, müharibə ölkəsinə 326 milyard dollar məbləğində ziyan vurub.

Baş nazir əlavə edib ki, Ukrayna hökuməti bu məbləği Dünya Bankının ekspertləri ilə birlikdə araşdırıb.

Şmıqalın sözlərinə görə, dağılmış obyektlərin bərpasına 105 milyard dollar xərclənməlidir.

Aprelin ortalarında “Financial Times” qəzetinə müsahibəsində Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib ki, Rusiyanın hərbi əməliyyatı başlayandan bəri ölkənin mülki və hərbi infrastrukturuna dəymiş ziyan 270 milyard dollar təşkil edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər