Ukraynanın Baş nazirinin müavini, Donetsk kömür hövzəsində vəziyyətin nizama salınması üzrə əlaqə qrupunda Kiyevin nümayəndə heyətinin başçısının müavini Aleksey Reznikov bildirib ki, onda koronavirus aşkarlanıb.
Bu barədə o, sosial şəbəkədə yazıb.
“Bazar ertəsi axşam (noyabrın 9-da-red) özümü təcridetmədəyəm. Bu gün testin nəticələrini aldım. Müsbətdir. Özümü normal hiss edirəm”, – deyə o “facebook”dakı hesabında yazıb.
Bir qədər əvvəl Ali Radanın spikeri Dmitri Razumkov da həmçinin “facebook”da bildirib ki, ona koronavirus diaqnozu qoyulub.
Reznikov çərşənbə günü Ukrayna hökumətinin iclasında iştirak edib.