27 C
Baku
Monday, July 14, 2025

Ukraynanın beynəlxalq ehtiyatları tarixi rekorda çatıb

Ukraynanın beynəlxalq ehtiyatlarının səviyyəsi tarixi rekorda – demək olar ki, 39 milyard dollara çatıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd edək ki, yüksək göstəricilər əsasən Qərbin maliyyə dəstəyi hesabına əldə edilib. Xatırladaq ki, Rusiya işğalı başlayandan bəri Ukraynaya 170 milyard avro həcmində yardım edilib. Bu məbləğə həm ayrı-ayrı ölkələr, həm də beynəlxalq təşkilatlar tərəfindən göstərilən hərbi, maliyyə və humanitar yardımlar daxildir.

Bundan əvvəl Aİ Ukrayna Silahlı Qüvvələri üçün sursat və artilleriya avadanlığının istehsalına dəstək haqqında qanun qəbul edib. Bu məqsədlə Aİ büdcəsindən 500 milyard avro ayrılacaq.

Son xəbərlər
Digər xəbərlər