9 C
Baku
Sunday, November 17, 2024

Ukraynanın bir neçə vilayəti dron hücumuna məruz qalıb

Ukraynanın Kiyev, Xarkov və Odessa vilayətləri dron hücumuna məruz qalıb.

Bu barədə Kiyev vilayətinin hərbi administrasiyası məlumat yayıb.

Məlumata əsasən, Kiyev şəhəri ilə yanaşı eyniadlı vilayətin də bir sıra nöqtələrində Rusiya Silahlı Qüvvələrinə məxsus kamikadze-dronların partlaması qeydə alınıb. Hazırda Hava Hücumundan Müdafiə (HHM) sistemləri hücumun qarşısını almaq üçün çalışır.

Əhaliyə sığınacaqlarda, təhlükəsiz yerlərdə qorunmaq tövsiyə olunub, dağıntılar, ölən və yaralananlar barədə məlumatlar dəqiqləşdirilir.

Qeyd edək ki, səhər saatlarından etibarən Ukrayna ərazisində bir çox vilayətlərdə hava həyəcanı siqnalı verilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər