9 C
Baku
Wednesday, April 16, 2025

Ukraynanın dörd vilayətində keçirilən “referendum”lar etibarlı sayılıb

Ukraynanın dörd vilayətinin – Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin gələcəyi ilə bağlı “referendum”un yekun nəticələri açıqlanıb.

“Bütün regionlarda yüksək fəallıq təmin edilib, səslərin 100%-i hesablandıqdan sonra seçicilərin Rusiya Federasiyasına birləşməyə dəstəyi azı 87% təşkil edib”.

Həmçinin, bütün bu regionlarda “referendumlar” etibarlı sayılıb.

Sentyabrın 28-də Rusiya prezidenti Vladimir Putinə bu regionların ölkəyə birləşdirilməsi məsələsinə baxılması xahişi ilə rəsmi müraciətlər gözlənilir.

Sentyabrın 23-dən 27-dək adı çəkilən ərazilərdə Ukraynanın tərkibindən çıxmaq və Rusiya Federasiyasına subyekt kimi daxil olmaq məsələsi ilə bağlı “referendumlar” keçirilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər