13 C
Baku
Sunday, November 27, 2022

Ukraynanın dövlət borcu 98 mlrd. dollara çatıb

Ukraynanın Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin dövlət borcu avqustda 1.24 milyard dollar (1.28%) artaraq 98.03 milyard dollara çatıb. Vurğulanır ki, birbaşa xarici borc 52.21 milyard dollardan 53.44 milyard dollara yüksəlib. Birbaşa daxili borc isə əvvəlki 34.34 milyard dollarla müqayisədə 34.49 milyard dollar olub. Ukraynanın zəmanətli dövlət borcunun həcmi isə 10.10 milyard dollar olaraq qiymətləndirilir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Avqustda bildirilib ki, ilin birinci yarısında Ukraynanın birbaşa və zəmanətli dövlət borcu ÜDM-in 68%-nə yüksələrək 105.39 milyard dollar təşkil edib. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, ilin sonuna ölkənin dövlət borcu ÜDM-in 86%-ni təşkil edəcək.

Oktyabrın 4-də Ukrayna Avropa İttifaqından əlavə maliyyə dəstəyi alıb. Kiyev 2023-cü ildə 38 milyard dollar büdcə yardımı alacağını gözləyir. Oktyabrın ortalarından etibarən Ukraynaya 5 milyard dollar məbləğində ödənişlər veriləcək. “Bloomberg”in yazdığına görə, ABŞ hər ay Kiyevə 1.5 milyard dollar ödəyəcək.

Son xəbərlər
Digər xəbərlər
X