Azərbaycan qazının Transbalkan dəhlizi vasitəsilə Ukraynaya nəqlini nəzərdə tutan pilot layihə artıq başa çatıb. Hazırda bu cür tədarüklərin davam etdirilməsi üçün yeni müqavilənin hazırlanması üzərində iş aparılır.
Bu barədə “RBK-Ukrayna”ya verdiyi açıqlamada Ukraynanın Energetika naziri Svetlana Grinçuk bildirib.
“Hazırda danışıqlar aparırıq. Azərbaycan bu məsələdə maraqlıdır. Əgər müqavilə imzalansa, (qaz tədarükünü 2025-ci ildə də – red.) davam etdirəcəyik”, – deyə Grinçuk qeyd edib.
Nazir əlavə edib ki, bu sahədə risklər də mövcuddur, çünki son vaxtlar ruslar idxal əməliyyatlarını təmin edən qaz infrastrukturuna hücumları artırıblar.