15 C
Baku
Wednesday, April 24, 2024

Ukraynanın hərbi texnika itkilərinin sayı açıqlanıb

Rusiyanın genişmiqyaslı hücumu başlayandan bu günə kimi Ukrayna ordusu hərbi texnikasının yarısını itirib.

Bu barədə Ukraynanın Quru Qoşunları Komandanlığının maddi-texniki təminat komandiri Vladimir Karpenko “National Defense”yə bildirib.

“Bu gün aktiv döyüşlər nəticəsində təxminən 30-40 %, bəzən isə 50 %-ə qədər texnika itkilərimiz var. Beləliklə, biz texnikamızın təxminən 50 %-i itirmişik. 1 300-ə yaxın piyada döyüş maşını, 400 tank və 700 artilleriya sistemi məhv edilib”, – deyib.

O, həmçinin əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin bir briqadası cəbhə xəttinin təxminən 40 km-i əhatə edə bilər. Beləliklə, bütün cəbhəni bağlamaq və aktiv döyüşlər aparmaq üçün 40 briqada lazımdır.

Xatırladaq ki, Ukrayna tərəfi daha əvvəl Rusiya ilə müharibədə təxminən 1500 tank, 3 500-dən çox döyüş maşını və 700-dən çox artilleriya qurğusu itirdiyini açıqlayıb.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər