Ukraynanın ilk prezidenti Leonid Kravçuk uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bu barədə Ukrayna İnformasiya Agentliyinə siyasətçinin ailəsindən bildirilib.
Qeyd edək ki, bu ilin yanvarın 10-da Kravçukun 88 yaşı tamam olub. Onun səhhətində problem 2021-ci ilin iyununda yaranıb. Sabiq dövlət başçısı Kiyevdəki xəstəxanalardan birində ürəyindən əməliyyat olunub.