4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Ukraynanın investisiya şirkəti MDB ölkələrindən olan startaplar üçün 100 mln. dollarlıq fond yaradıb

“Quarter Partners” investisiya şirkəti, MDB və digər ölkələrdəki startaplara dəstək olmaq üçün 100 milyon dollarlıq “QPDigital” veçur fondunu yaradıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, fond həmçinin inkişafının ilkin mərhələsində olan layihələrə də investisiya yatırmağı planlaşdırır.

“QPDigital” əsasən İT-logistika, rəqəmsal səhiyyə, oyun inkişafı, blokçeyn və süni zəka sahəsindəki startaplara yönəlir. Seçim zamanı fond təcrübəyə, komandanın keyfiyyətinə, potensial müştərilər üçün məhsul dəyərinin mövcudluğuna və əldə edilə bilən bazarın ölçüsünə diqqət yetirəcək.

Hal-hazırda fond altı startapa 2.6 milyon dollar sərmayə qoyub:

– Məhsul istehsalçıları və distribyutorlar arasındakı emosional əlaqəni təyin edən “Watched” süni zəka platforması;

– “Doc.UA” onlayn tibbi mərkəzi: tibb müəssisələri, teletibb xidmətləri və onlayn apteklər;

– Ukrayna və Polşada anbar satışı və icarəsi üçün “WareTeka” platforması;

– Biznes-proseslərin optimallaşdırılması üçün bulud həllərinin tərtib edilməsi və inteqrasiyası ABM Cloud xidməti;

– Böyük həcmli məlumatlarla işin optimallaşdırılması üçün “Datrics” xidməti.

– Travma və nevroloji xəstəliklərdən sonra reabilitasiya üçün “Racoon.Recovery” həll yolu.

Qeyd edək ki, “QPDigital” fondunda Rusiyanın “Sberbank” bankının keçmiş idarə direktoru Denis Valvaçev rəhbərlik edir.

Son xəbərlər
Oxşar xəbərlər