12 C
Baku
Tuesday, May 7, 2024

Ukraynanın işğal altındakı şəhərindən taxılla dolu ilk gəmi yola düşüb

Ukraynanın Rusiya qüvvələrinin işğalı altındakı Zaporojye vilayətinin Berdyansk şəhərindən taxılla yüklü ilk ticarət gəmisi yola düşüb.

Bu barədə Rusiyanın təyin etdiyi vilayət administrasiyasının rəhbəri Yevgeni Balitski bildirib.

Onun sözlərinə görə, gəmi 7 min ton taxıl daşıyır. Y.Balitski gəminin istiqaməti barədə məlumat verməsə də, onun “dost ölkələrə” yollandığını vurğulayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynanın şərq və cənub bölgələrini işğal etməsindən sonra oradakı taxıl məhsulları rusiyalıların əlinə keçib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər