Fevralın sonuna olan vəziyyətə görə, Rusiya Silahlı Qüvvələri Ukraynanın 17.51% (+0.02%) ərazisini işğal edib.
Hesablamanı açıq mənbələr üzrə kəşfiyyatçı “War Mapper” resursu aparıb.
Resursun verilənlərinə əsasən, açıqlanmış rəqəm yanvarın sonundan bəri 137.95 km²-lik Rusiyanın xeyrinə təmiz qazanc deməkdir ki, bu da Moskva üçün 2023-cü ilin yanvarından bəri ən böyük xalis mənfəətdir.
Dərc olunmuş diaqrama əsasən, ötən il Ukrayna yanvar, fevral, mart və aprel aylarında torpaq itkisi ilə üzləşsə də, maydan, xüsusən də iyundan oktyabradək Kiyevin qaytardığı ərazilərin faiz nisbətində artım müşahidə olunub.