Azərbaycanda Ukrayna şirkətinin filialı açıldı.
Banker.az xəbər verir ki, yeni açılan filialın adı “Metinvest” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Bu şirkətin qanuni təmsilçisi Sultanova Ellada Tərlan qızıdır. “Metinvest” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov, ev.46 m.20. ünvanında fəaliyyət göstərəcək.
Bildirək ki, “Metinvest” mədən və metal şirkətidir. Şirkət 6 iyun 2006-ci ildə Ukraynada yaradılıb.
Qrup, Ukrayna, Avropa və ABŞ-da qlobal satış şəbəkəsi ilə tamamlanan mədən və metalurji aktivlərdən ibarətdir. Metinvest, dəmir filizi və kömür çıxarmaqdan yarımfabrikat və hazır polad məhsulların istehsalına qədər bütün istehsal zəncirini idarə edir. Metinvest əsas dəmir yolu xəttlərinə və limanlarına yaxın olan aktivləri ilə dünyanın hər yerində xammal və polad məhsulları təmin edə bilər.