20 C
Baku
Saturday, September 21, 2024

Ukraynanın müdafiə naziri istefaya hazırlaşır

Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefa verə biləcəyini bildirib.

Bu barədə Reznikov “Klymenko Time” nəşrinə müsahibəsində deyib.

“Belə qərarlar dövlət başçısı tərəfindən verilir. Lakin istefamı istəyən insanlara gülmək gücüm və yumor hissim yoxdursa, özüm gedə bilərəm”, – deyə o bildirib.

Yanvar ayında Ukrayna Müdafiə Nazirliyi korrupsiya qalmaqalının mərkəzində olub.

Daha sonra Ukrayna mətbuatında departamentin məsul şəxslərinin ordu üçün ərzaq alarkən sui-istifadə etməsi barədə məlumatlar yayılıb. Bildirilib ki, Reznikov daha sonra Böyük Britaniyada səfir təyin edilməklə vəzifəsindən azad oluna bilər.

Son xəbərlər
Digər xəbərlər