Ukraynanın müdafiəsi üzrə Əlaqə Qrupunun üçüncü görüşü iyunun 15-də Brüsseldə pentaqon rəhbəri Lloyd Ostinin başçılığı altında keçiriləcək.
Bu barədə pentaqonun məlumatında bildirilir.
Məlumatda bildirilir ki, L.Ostin davam edən Ukrayna böhranını müzakirə etmək üçün dünya ölkələrinin müdafiə nazirlərini və baş qərargah rəislərini dəvət edib.