Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Ukrayna hökuməti “Naftoqaz” enerji şirkətinin icraçı direktoru Yuri Vitrenkonun istefasını qəbul edib.

Bu barədə şirkətin “Telegram” hesabında məlumat verilib.

“Ukrayna Nazirlər Kabineti 1 noyabr 2022-ci il tarixli qərarı ilə Ukraynanın “Naftoqaz” şirkətinin idarə heyətinin sədri Yuri Vitrenkonun istefasını təsdiqləyib. Yuriy Vitrenko səlahiyyətini noyabrın 3-dək davam etdirəcək”, – deyə məlumatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər