Ukrayna Rusiyaya qarşı əks-hücum əməliyyatına aprelin 30-da başlamağı planlaşdırıb.
Bu barədə ABŞ-ın “Newsweek” nəşri məlumat yayıb.
Bildirilib ki, nəşr Pentaqondan sızdırılan 40-dan çox kəşfiyyat sənədini əldə edib və “son dərəcə gizli” qrifli sənədlər Ukraynadakı müharibənin gedişatnı anlamağa əhəmiyyətli şəkildə yardım edir.
Qeyd edilib ki, məxfi sənədlərdə Rusiya ordusunun Baxmutda iyuldan bəri çox az – aya 2.7 kilometr irəliləyə bildiyi göstərir. Əlavə edilib ki, Baxmut ətrafında 22 min Vaqner muzdlusu döyüşür və onların sayı Rusiya tərəfindən cəlb edilmiş döyüşçülərin 70 faizini təşkil edir.
Nəşrin məlumatında Kiyevin 30 aprelə planlaşdırılan əks hücumu öncəsi Ukraynaya tədarük və dəstək göndərildiyi qeyd edilib.