10 C
Baku
Thursday, December 12, 2024

Ukraynanın valyuta ehtiyatları 7 illik maksimumu yeniləyib

2019-cu ildə Ukraynanın valyuta ehtiyatları təxminən 22% artaraq bu il yanvarın 1-nə 25,3 milyard ABŞ dolları təşkil edib ki, bu da 7 illik maksimumun yenilənməsidir.

Bu barədə Ukrayna Milli Bankından bildirilib.

Xatırladaq ki, qurumun ötən ilin oktyabr ayında yaydığı inflyasiya hesabatında valyuta ehtiyatlarının məbləği ilə bağlı proqnoz 23 milyard dollar göstərilmişdi. Bununla belə, Ukraynada iqtisadi artımın sürətlənməsi, ölkəyə kapital axını fonunda ehtiyatlar gözləniləndən çox artıb.

Ukrayna Milli Bankında hesab edirlər ki, valyuta ehtiyatlarının ölkədə prezident və parlament seçkilərinin keçirildiyi ildə kəskin artması, eləcə də xarici dövlət borcu üzrə ən yüksək ödənişlərin həyata keçirildiyi ilə təsadüf etməsi makromaliyyə sabitliyinin möhkəmlənməsinə əlavə sübutdur. Eyni zamanda, tənzimləyici vurğulayıb ki, ehtiyatların hazırkı məbləği Ukraynanın öhdəliklərini, həmçinin hökumətin və Milli Bankın hazırkı əməliyyatlarını yerinə yetirmək üçün kifayət edir.

©İnterfaks

Son xəbərlər
Digər xəbərlər