26 C
Baku
Saturday, July 27, 2024

Ukraynanın yenidən bərpası 411 milyard dolar dəyərində qiymətləndirilir

Dünya Bankı, Avropa Komissiyası və Kiyevdəki səlahiyyətlilər Ukraynanın yenidən qurulmasını 411 milyard dollar dəyərində qiymətləndiririrlər.

Bu barədə Röyters məlumat yayıb.

Məlumata görə, qeydedilən məbləğ 2022-ci il üçün hesablamalara görə, Ukraynanın ÜDM-sindən 2,6 dəfə çoxdur.

“2022-ci ilin sentyabrında analoji araşdırma Ukraynanın yenidən qurulmasının dəyərini 349 milyard dollar qiymətləndirib. Bu il ölkənin yenidənqurma üçün 14 milyard dollar investisiyaya ehtiyacı var. Ukraynanın enerji sisteminə dəyən ziyan 2022-ci ilin iyun ayına olan təxminlərlə müqayisədə 5 dəfə artıb”, – deyə məlumatda bildirilir.

Son xəbərlər
Digər xəbərlər