14 C
Baku
Sunday, November 24, 2024

Ukraynaya ən çox hansı ölkələr yardım edib – SİYAHI

2022-ci ildə Ukrayna Qərb ölkələrindən rekord məbləğdə – 32,1 milyard dollar maliyyə dəstəyi alıb.

Bu barədə Ukrayna Milli Bankı məlumat yayıb.

Milli Bankın hesabatında qeyd olunub ki, Ukraynaya ən çox maliyyə yardımı aşağıdakı dövlət və qurumlar tərəfindən verilib:

ABŞ – 12 milyard dollar;

Avropa İttifaqı – 8 milyard dollar;

Beynəlxalq Valyuta Fondu – 2,7 milyard dollar;

Kanada – 1,9 milyard dollar;

Almaniya – 1,6 milyard dollar.

2022-ci ilin yekunlarına əsasən, Ukraynanın beynəlxalq ehtiyatları 7,9% azalıb. Dekabrda valyuta daxilolmaları hesabına ehtiyatlar ötən ilin noyabrı ilə müqayisədə 1,9% artıb. Hazırda Ukraynanın beynəlxalq ehtiyatlarının həcmi 28,5 milyard dollardır.

Son xəbərlər
Digər xəbərlər