Ukraynaya ayırılmış 4,5 milyard ABŞ dolları həcmində iqtisadi yardımın qarşıdakı həftələrdə ödənilməsinə başlanılacaq.
Bu barədə ABŞ-ın maliyyə naziri Canet Yelen bildirib.
O, qeyd edib ki, sentyabrda təsdiqlənmiş maliyyə yardımının məqsədi Ukraynanın iqtisadi sabitliyini gücləndirmək və əsas hökumət xidmətlərini dəstəkləməkdir.