23 C
Baku
Saturday, April 26, 2025

Ukraynaya 410 milyon ayrılır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Norveç Ukraynaya 410 milyon avro maliyyə yardımı ayıracaq. 

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

O qeyd edib ki, Vaşinqtonda AYİB prezidenti Odil Renaud-Basso ilə müqavilə imzalayıb.

Bildirilib ki, bu maliyyə vəsaiti qış mövsümü zamanı qazın alışına sərf olunacaq.

Xatırladaq ki, ötən həftə Ukraynanın növbəti istilik mövsümünə hazırlıq məqsədilə qaz depolamağa başladığı məlum olub. Bu, Ukraynanın Rusiya ordusunun müntəzəm hücumları nəticəsində qaz hasilatının 40 faizini itirməsi fonunda baş verib.

Son xəbərlər
Digər xəbərlər