6 C
Baku
Friday, January 23, 2026

Ukraynaya Donbassdan imtina etməsi müqabilində $800 mlrd. təklif edilə bilər

Mənbələrin “Corriere della Sera” qəzetinə bildirdiyinə görə, Əbu-Dabidə keçiriləcək Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlarda sülh sazişinin əsasını təşkil edə biləcək dörd sənəd təqdim olunacaq.

Qəzetin yazdığına görə, sənədlərdən biri Ukrayna Silahlı Qüvvələrinin Donbass ərazilərindən tam çıxarılmasını nəzərdə tutur. Bunun əvəzində Kiyevə “BlackRock” şirkətinin rəhbəri Larri Finkin nəzarəti altında 800 milyard dollar həcmində bərpa maliyyələşdirmə proqramı, həmçinin ABŞ və Avropa müttəfiqlərindən təhlükəsizlik zəmanətləri təklif oluna bilər.

Qəzet xatırladır ki, genişmiqyaslı bərpa planının “hələlik yalnız kağız üzərində mövcud olduğu” və onun üçün real maliyyə vəsaitlərinin olmadığı bildirilir. Mümkün razılaşmanın detalları və tərəflər tərəfindən qəbul edilməsi perspektivləri hələlik açıqlanmır.

Son xəbərlər
Digər xəbərlər