12 C
Baku
Monday, April 15, 2024

Ukraynaya dövlət borcunu ödəmək üçün 2027-ci ilə qədər möhlət verilib

Ukrayna Maliyyə Nazirliyi Böyük Yeddilik (G7) və Paris Klubu ölkələrinin kreditorlarına rəsmi borc üzrə ödənişlərin 2027-ci ilin mart ayına qədər təxirə salınması haqqında saziş imzalayıb.

Bu barədə idarənin rəhbəri Sergey Marçenko öz Facebook səhifəsində məlumat verib.

“Bu gün mən G7 və Paris Klubu ölkələrindən olan Ukraynanın bir qrup rəsmi kreditoru ilə dövlət və hökumət tərəfindən təminatlı borclar üzrə ödənişlərin dayandırılması ilə bağlı anlaşma memorandumuna dəyişiklikləri imzaladım”, – deyə Marçenko yazıb.

122 milyard dollarlıq beynəlxalq dəstək paketinin bir hissəsi Ukraynanın tərəfdaşlarına təqdim edilib. Ukraynanın rəsmi borcu üzrə ödənişlər 2027-ci ilin mart ayının sonuna qədər dayandırılıb. Kiyevə borcun ödənilməsi üzrə əvvəlki möhlət 2024-cü ilə qədər idi.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər