Fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayanda bir sıra tərəfdaş dövlətlər Ukraynaya hərbi-siyasi yardım göstərmək qərarına gəliblər. 2 mart 2022-ci ildə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Ukrayna tərəfi “artıq ən azı 86 dövlət və 15 beynəlxalq təşkilatın daxil olduğu beynəlxalq anti-müharibə koalisiyasını” toplayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Vurğulanır ki, indiyədək Ukraynaya ümumi dəyəri 30 milyard avrodan çox olan hərbi dron ayrılıb:
– ABŞ (23.96 milyard avro)
– Böyük Britaniya (2.38 milyard avro)
– Polşa (1.7 milyard avro)
– Almaniya (1.39 milyard avro)
ABŞ: M777 qaubitsaları (108), çoxməqsədli “Humvee” avtomobilləri (100), M113 zirehli transportyorları (200), “Stinger” portativ hava hücumundan müdafiə sistemləri (800), qumbaraatan (100), tank əleyhinə “Javelin” sistemləri (2000), Mi-17 helikopterləri (3), dronlar (821).
Britaniya: “Mastiff” zirehli maşınları (120), “Brimstone-1” hava-yer raketləri (200), NLAW tank əleyhinə sistemləri (3,965).
Polşa: “LMP-2017” minaatanları (100), “AHS Krab” özüyeriyən haubitsaları (18), T-72 tankları (240).
Almaniya: zirehli personal daşıyıcıları (14), “Strela” hava hücumundan müdafiə sistemləri (2000), tank əleyhinə “Panzerfaust 3” qumbaraatanı (900), “Stinger” (500).
Kanada: M777 qaubitsaları (4), M72 tank əleyhinə qumbaraatan (4500) və “Carl Gustaf M2” (100), “Roshel Senator APC” (8).
Norveç: M109 haubitsaları (22), M72 tank əleyhinə qumbaraatan (4000), “Mistral” hava hücumundan müdafiə sistemi (100).
Estoniya: D-30 122 mm qaubitsa, “Javelin” tank əleyhinə raketləri, “Mamba Mk2 EE” zirehli maşınları (7).
Çexiya: DANA haubitsaları (20), RM-70 (20), BVP-1 piyada döyüş maşınları (5), qumbaraatan (160), Mi-24 helikopterləri (160), T-72 tankları (12).
Latviya: “Stinger” və helikopterlər.
Danimarka: M10 minaatanları, M113 zirehli personal daşıyıcıları (50), “Harpoon” gəmi əleyhinə raket sistemi (1), M72 tank əleyhinə qumbaraatanlar (2700), “Stinger” (300), “Skywatch” dronları (25).
İsveç: tank əleyhinə AT4 qumbaraatanı (10.000).
Fransa: “Ceazer” qaubitsaları (12).
Portuqaliya: M114 155 mm-lik qaubitsalar (5), M113 zirehli personal daşıyıcıları (15), G3 avtomatik tüfəngləri, qumbaralar və sursatlar.
Hollandiya: zirehli personal daşıyıcıları, “Stinger” (200), döyüş dəbilqələri (3,000) və parçalanma jiletləri (2,000), snayper tüfəngləri (100).
Slovakiya: hava hücumundan S-300 müdafiə sistemləri.
Sloveniya: T-72 tankları, Kalaşnikovlar, dəbilqələr.
Finlandiya: hücum tüfəngləri (2,500) və onlar üçün 150 000 patron, tək atışlı tank əleyhinə tüfənglər (1500).
Türkiyə: Ukrayna ilə “Bakar Bayraktar TB2” döyüş pilotsuz təyyarələrinin birgə istehsalı.
Lüksemburq: tank əleyhinə silahlar (100), “Jeep Wranglers” avtomobilləri, hərbi çadırlar (15).
Belçika: tank əleyhinə silahlar (200), avtomatik tüfənglər və pulemyotlar (5000).
Şimali Makedoniya: təyin olunmamış hərbi təchizat.