24 C
Baku
Sunday, July 14, 2024

Ukraynaya iki ayda 6 milyard dollardan çox büdcə dəstəyi göstərilib

Beynəlxalq tərəfdaşlar yanvar və fevral ayları ərzində Ukrayna büdcəsinə dəstək qismində Kiyevə 6.3 milyard dollar təqdim ediblər.

Bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak özünün “Teleqram” səhifəsində yazıb.

“Fevral ayında Ukrayna büdcəsinə beynəlxalq dəstəyin həcmi 75.6 milyard qrivna (2 milyard dollar) təşkil edib. Ümumilikdə isə 2023-cü ilin iki ayı ərzində biz beynəlxalq tərəfdaşlarımızdan 230.8 milyard qrivna (6.3milyard dolar) almışıq”, – deyə Yaroslav Jeleznyak bildirib. Onun sözlərinə görə Avropa İttifaqı Kiyevə 3.2 milyard dollar, ABŞ 2.2 milyard dollar, Böyük Britaniya isə 498 milyon dollar büdcə dəstəyi verib.

Ukraynanın Baş naziri Denis Şmıqal “Forbes” jurnalına müsahibəsində bu il büdcə kəsirinin 38 milyard dollar təşkil etdiyini deyib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər