15 C
Baku
Wednesday, May 15, 2024

Ukraynaya lazım olan vəsaitin miqdarı açıqlandı

Ukraynanın Baş naziri Denis Şmıqal ölkəsinin müharibədən sonrakı inkişafı üçün ehtiyac olan vəsaitin miqdarını açıqlayıb.

Bu haqda o, İsveçrənin Luqano şəhərində keçirilən Ukrayna İnkişaf Konfransında çıxış edən zaman danışıb.

Fevralın 24-də müharibə başlayandan bəri Ukraynada infrastruktura dəyən ziyanın 100 milyard dollara çatdığını bildirən Şmıqal ölkənin yenidən qurulması üçün 3 mərhələdən ibarət inkişaf planının həyata keçirilməli olduğunu deyib.

O, birinci mərhələdə insanların gündəlik həyatının normallaşdırılmasının vacibliyini qeyd edib. Şmıqal ikinci mərhələdə müvəqqəti yaşayış, xəstəxana və məktəb tikintisini, üçüncü mərhələdə isə ölkənin inkişaf prosesinə başlanılmasını nəzərdə tutulduğunu bildirib.

Baş nazir sözügedən inkişaf planı üçün 750 milyard dollar lazım olduğunu vurğulayıb.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər