16 C
Baku
Cümə, May 20, 2022

“Ukraynaya təcili hərbi yardım lazımdır” – Stoltenberq

“Ukraynaya təcili hərbi yardım lazımdır”.

Bunu jurnalistlərə açıqlamasında NATO-nun baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, xarici işlər nazirlərinin bugünkü iclasında Buçada mülki şəxslərə qarşı hücumları müzakirə edəcəklər:

“Baş verənlər prezident Putinin davam etdirdiyi müharibənin mahiyyətini göstərir. Mülki vətəndaşları hədəf almaq hərbi cinayətdir”.

NATO üzvü ölkələrlə Ukraynadakı son vəziyyəti müşahidə edəcəklərini bildirən Stoltenberq, mülki insanları hədəf alanların cəzalandırılması üçün lazımi addımların atılacağını vurğulayıb.

Ukrayna-Rusiya müharibəsində kritik həddin girildiyini vurğulayan Stoltenberq, “Rusiya indi qoşunlarını gücləndirmək və daha da şərqə doğru irəliləmək üçün qoşunlarını Ukraynanın şimalına göndərir. Böyük quru əməliyyatı gözləyirik” deyib.

“Ukraynanın təcili hərbi yardıma ehtiyacı var. Ona görə də NATO müttəfiqlərinin Ukraynaya həm ağır, həm də yüngül döyüş sursatı dəstəyinin artırılmasının zəruriliyi ilə razılaşması vacibdir. Biz Ukrayna ordusunun Rusiya qoşunlarına vurduğu itkiləri fotoşəkillərdən görə bilərik. Ona görə də təcili sursat dəstəyinə ehtiyac var və biz müttəfiqlərdən Ukraynaya müxtəlif silah sistemləri ilə bundan sonra da dəstək verəcəklərini gözləyirik”, – deyə Stoltenberq vurğulayıb.

 

 

Son xəbərlər
Oxşar xəbərlər