24 C
Baku
Wednesday, May 22, 2024

“Ukraynaya yardımda ABŞ-yə alternativ yoxdur”

Avropa İttifaqının (Aİ) Ukraynaya ayırdığı yardım paketi ABŞ-nin Kiyevə dəstəyini əvəz etməyəcək.

Bu fikri Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.

“Bu, hərbi dəstək üçün nəzərdə tutulmayan maliyyə yardımı paketidir. Şübhəsiz ki, Ukrayna xalqı tərəfindən müsbət qarşılanacaq. Lakin hərbi yardıma gəldikdə burada Amerikaya alternativ yoxdur”, – deyə o bildirib.

Kirbi vurğulayıb ki, Konqres Ukraynaya əlavə maliyyə vəsaiti ayırmağa davam etməlidir.

Bundan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ-nin 2027-ci ilə qədər Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramını təsdiqlədiyini açıqlamışdı. Onun sözlərinə görə, bu qərar assosiasiyada iştirak edən 27 ölkənin hamısı tərəfindən dəstəklənib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər