14 C
Baku
Thursday, November 21, 2024

“Ukrnafta”: Gələcəkdə Azərbaycan nefti Ukrayna zavodlarında emal oluna bilər

Gələcəkdə Azərbaycan neftinin Ukrayna zavodlarında emal olunması ilə bağlı planlar ola bilər.

Bunu Ukraynanın ən iri neft və qaz istehsalçısı olan “Ukrnafta” şirkətinin Müşahidə Şurasının sədri Duncan Nightingale deyib.

“Ukraynanın Azərbaycan hökuməti ilə çox güclü əlaqələri var. Fikrimcə, müharibədən sonrakı Ukraynanın bərpasında Azərbaycanın iştirak etmək ehtimalı var. Bu, ya Ukraynadakı neft və qaz sənayesinə birbaşa çıxış, ya da emal üçün xam neftin təchizatı ola bilər. Lakin hazırda biz müharibədən sonrakı Ukraynanın bərpasının necə olacağını və müharibənin nə vaxt bitəcəyini gözləməliyik”, – deyə o, əlavə edib.

Son xəbərlər
Digər xəbərlər