9 C
Baku
Thursday, December 12, 2024

Ultel şirkətinin rəhbərliyində yeni təyinat olub

Ultel şirkətinin rəhbərliyində yeni təyinat olub. İlqar Nəhmədov Ultel şirkətinin Baş direktoru vəzifəsinə təyin edilib. Ultel şirkətinin sabiq Baş direktrou Rizvan Səfərov öz istəyi ilə bu vəzifədən ayrılıb.

İlqar Nəhmədov telekommunikasiya və informasiya texnologiyaları sahələrində ümumilikdə 10 ildən artıqdır ki, fəaliyyət göstərir və bu sahədə geniş iş təcrübəsinə sahibdir. 

Ultel şirkətinin Baş direktoru vəzifəsinə təyinatından öncə, o, həmin şirkətdə Baş direktorun müavini vəzifəsində çalışıb. Bundan öncə isə İlqar Nəhmədov ölkəmizdə fəaliyyət göstərən aparıcı telekommunikasiya, neft-qaz və beynəxalq hüquq şirkətlərində müxtəlif rəhbər vəzifələri tutub.

İlqar Nəhmədov Amerika Birləşmiş Ştatlarının İllinoys Texnologiyalar İnstitutunun və Harvard Biznes Məktəbinin məzunudur.

Son xəbərlər
Digər xəbərlər