Hər bir çimərliyin sosial-məsafəyə riayət edilməsi ilə əlaqədar tutum sayı müəyyən edilib. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, çimərliklər səhər saat 08:00-dan axşam saat 21:00-dək fəaliyyətdə olacaq: “Çimərlik kimi istifadə ediləcək yerlər isə saytda yerləşdirilib. Çimərliklər sahil zolağında bir-birinin yaxınlığında yerləşir”.